Diyetoloq, bitki mənşəli təbabət və qidalanma dəstəyi üzrə mütəxəssis Tatyana Zaletova soyuqdəymə və digər xəstəliklərin qarşısını almaq üçün zəncəfil ilə çay içməyi tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, ekspert Sputnik Radiosuna müsahibəsində bildirib ki, zəncəfilin həm ağız boşluğu baxımından, həm də bütün mədə-bağırsaq traktının nöqteyi-nəzərindən iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu güman edilir.
Mütəxəssis qeyd etdiyi kimi, zəncəfil dəmləməsi və ya çay mədə xorası, ateroskleroz və artıq bədən çəkisi üçün istifadə edilə bilər.
Zaletova gündə bir stəkan zəif bir məhlul ilə zəncəfil almağa başlamağı məsləhət görüb.
"Əgər hər şey normaldırsa və maksimum effekt əldə etmək istəyiriksə, o zaman həm içkidə zəncəfilin konsentrasiyasını, həm də istifadə tezliyini artıra bilərik" deyə dietoloq əlavə edib.
Nurlan