Qanda şəkərin kəskin artmasının qarşısını almaq üçün adi şirniyyatları meyvə, giləmeyvə, qoz-fındıq, quru meyvə, tünd şokolad, zefir və pastila ilə əvəz etmək məsləhətdir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.
Mütəxəssisin sözlərinə görə, məsələn, xurma ilə kakao və ya bir parça tünd şokoladla orqanizm enerji toplayacaq. Beyin bir müddət sevinməyə başlayacaq və bu "yanacaq"la bir müddət yaxşı işləyəcək. məyə başlayacaq. Stressə qarşı şirniyyatlar isə - banan, albalı, dondurma və bitki çayları - ümumi narahatlığı aradan qaldıracaq, yuxunu yaxşılaşdıracaq və bununla da qan şəkərini tənzimləməyə kömək edəcək.
Dietoloq qeyd edib ki, orqanizmin düzgün işləməsi üçün qlükoza lazımdır:
"Bizim qlükozaya ehtiyacımız var, çünki beyin yalnız qlükoza ilə qidalanır, daha sonra isə əzələlər və qaraciyər onu glikogen şəklində ehtiyatda saxlayır. Yəni bu, tamamilə zəruri komponentdir".