Antioksidantlar, vitaminlər və minerallarla zəngin olan cəfəri müalicəsi kosmetik məhsullarınızı əvəz edə bilər. Çünki cəfəri qara nöqtələrə və ləkələrə əhəmiyyətli dərəcədə təsir edir. Zəngin C vitamini və K vitamini sayəsində cəfəri kollagen istehsalını artırır və dəri rəngini yeniləyir.
Foodinfo.az qara nöqtələri və ləkələri təmizləyən cəfəri müalicəsi reseptini təqdim edir:
Hamar bir dəri üçün qara ləkələrdən xilas olmaq vacibdir. Ləkə əleyhinə kremlərə pul xərcləməkdən bezmisinizsə, cəfəri müalicəsindən faydalana bilərsiniz. Yağlı dəri və sızanaqlarından məsul olan sebum istehsalını azaldan cəfəri müalicəsi dəriyə əhəmiyyətli dərəcədə təsir edir. Bu müalicəni gecə yatmazdan əvvəl tətbiq etdiyiniz zaman üzünüzdəki qara ləkələrin və nöqtələrin zamanla azaldığını və yox olduğunu görəcəksiniz. Hər hansı bir dəri problemi olanlar həkimləri ilə məsləhətləşərək sınamalıdırlar.
Lazım olanlar:
5 saplaq xırda doğranmış cəfəri
0,5 çay qaşığı limon suyu
1 xörək qaşığı bal
1 stəkan qaynar su
Cəfərini qaynar suda 10 dəqiqə dəmləyin. Sonra süzün.
Cəfəri yarpaqlarını əzin və bir qaba qoyun.
Limon suyu və balı əlavə edib qarışdırın.
Gecə yatmazdan bir saat əvvəl üzünüzə çəkin.
20 dəqiqə dayanmasına icazə verin və sonra ilıq su ilə yuyun.
Sonda üzünüzü qurudaraq adi gecə kreminizi çəkin.
Nəticələri mümkün qədər tez görmək üçün bu maskanı həftədə iki dəfə tətbiq edin.