Koreyalı qadınların daha gənc görünmə sirri onların dəriyə qulluq vərdişlərində imiş.

 Foodinfo.az xəbər verir ki, dəriyə qulluq rutininizdəki kiçik dəyişikliklərlə Koreya qadınları kimi hamar dəriyə sahib ola və özünüzü olduğunuzdan daha gənc göstərə bilərsiniz.

Koreyalı qadınlar üçün günəş kreminin əhəmiyyəti böyükdür. Uşaqlıqdan günəşdən qoruyucu kremlərdən istifadə etməyə başlayırlar.

Günəşdən qoruyucu krem onları günəşin zərərli təsirlərindən qoruyur və dərilərini ağ saxlayır.

Beləliklə, günəş ləkələrinin və baş verə biləcək rəng bərabərsizliyinin qarşısını almaqda çox müvəffəqiyyətli olurlar.

Günəşdən qoruyucu kremlərdən əlavə, özləri ilə termal su da daşıyırlar. Bu termal su onların gündəlik baxım işlərinin bir hissəsidir.

Günəşdən qoruyucu krem onların dəri rənglərini ağ saxlasa da, termal su onların dərisini nəmləndirir və makiyajını təravətli və canlı göstərir.

Onlar dəriyə qulluq məhsulları və gözəllik ləvazimatlarını soyuducuda saxladıqdan sonra istifadə edirlər.

Bu üsul həm dərini təravətləndirir, həm də qırışların yaranmasının qarşısını alır.

Üzlərinə dəriyə qulluq məhsulları tətbiq etdikdə heç vaxt möhkəm -möhkəm sürtmürlər, əksinə dərilərinə yumşaq bir şəkildə toxunaraq yayırlar.

Koreyalı qadınlar üzlərini düyü suyu ilə yuyurlar.

Bişmiş düyünün suyunu dəriyə qulluq üçün istifadə edirlər.

Onlar hesab edirlər ki, üzü düyü suyu ilə yumaq zərərli günəş şüalarından qorunmanı artırır.

Onlar həmçinin düyü suyu ilə yuyulmanın onların dərisini cavanlaşdırdığını düşünürlər.

Koreyalı qadınların ağızlarını gərərək etdikləri hərəkətlər də qırışların qarşısını alır.

Bu, bədəndə qan dövranını yaxşılaşdırmağa kömək edir və dəri tonunu parlaqlaşdırmağa kömək edir.

Ağızı açıb A, E, I, O, U hərflərini yüksək səslə söyləmək lazımdır.

Gülməli göründüyünü düşünə bilərsiniz, lakin bu məşqi gündə bir neçə dəfə etmək dərinizə çox faydalı olacaqdır.