Avropa Komissiyası qlifosatın təsdiqini daha 10 il müddətinə yeniləmək üçün səsvermə keçirib.
Üzv dövlətlər bu həftə Apellyasiya Komitəsində keçirilən səsvermə zamanı qlifosatın təsdiqini yeniləmək və ya rədd etmək üçün lazımi səs çoxluğunu toplaya bilməyib.
Aİ Komissiyası cari təsdiqləmə müddətinin bitdiyi 15 dekabr 2023-cü il tarixinə qədər qərar verməlidir. Komissiya, maddənin müəyyən şərtlər və məhdudiyyətlərə uyğun olaraq təsdiqlənəcəyini açıqlayıb.
Danimarka, İspaniya, Finlandiya, Yunanıstan, İrlandiya, Polşa, İsveç və Portuqaliya yenilənməyə səs verən ölkələr arasında, Avstriya, Xorvatiya və Lüksemburq isə əleyhinə olub. Almaniya, Fransa, Belçika, Hollandiya və İtaliya səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, qlifosat, herbisid məhsullarında istifadə edilən kimyəvi maddədir. Qlifosat əsaslı pestisidlər əkinçilik və bağçılıqda alaq otları ilə mübarizə üçün istifadə olunur.