ABŞ prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlarda koronavirus əleyhinə vaksin 2020-ci ilin sonunda istifadəyə veriləcək. Foodinfo.az xəbər verir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. "Düşünürəm ki, bizdə vaksin bu ilin sonunda olacaq", - “Fox News” telekanalının efirində Tramp deyib.
O qeyd edib ki, ölkə hakimiyyətinin və ayrı-ayrı idarələrin inzibati nöqteyi-nəzərindən zəruri qaydalar və icazə də daxil olmaqla, dərmanın istifadəyə verilməsinə razılıq üçün bunun mümkün qədər tez olması üzərində işləyirlər. ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesblamalar aparan Cons Hopkins Universitetinin son məlumatına görə, ölkədə koronavirusa 1,15 milyondan çox yoluxma qeydə alınıb, 67,4 min insan ölüb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.