Trakya Universitetinin (TU) professoru Levent Öztürk isti havada sərinləmək üçün pəncərələri açıq yatmağın səhər saatlarında temperaturun düşməsi ilə bel və boyun sərtliyinə səbəb ola biləcəyini deyib.
Foodinfo.az aztibb.az-a istinadən xəbər verir ki, həkim isti və rütubətli havanın yuxu keyfiyyətinə mənfi təsir etdiyini bildirib.
Gündüz başlayan istilərin gecə saatlarına qədər davam etdiyinə diqqət çəkən professor bu vəziyyətin yuxuya getməyi çətinləşdirdiyini deyib.
Yataq otağında ideal temperaturun 19-20 dərəcə olması lazım olduğunu qeyd edən L.Öztürk sərin mühitdə nazik ədyalla yatmağı tövsiyə edib.
"Temperaturun artması ilə yataq otağında kondisionerdən istifadə etməyən insanlar üçün gecələr yuxuya getmək problemə çevrilir və pəncərələri açırlar. Səhər saatlarında temperatur düşdüyü üçün pəncərələr açıq yatarkən bu dəfə boyun, çiyin və bel sərtliyi kimi əzələ spazmlarına səbəb olan ağrılı vəziyyətlər yarana bilər. Küləklə birlikdə tərli bədənə daxil olan soyuq hava əzələ spazmlarına da gətirir", - deyə həkim vurğulayıb.
Qeyd edib ki, pəncərələri açıq qoyaraq yatmaq əvəzinə, otaqda kondisioner yoxdursa, boş ətir və sprey şüşələrini yatmazdan əvvəl soyuq su ilə doldurulmaq və yatağın başına qoymaq faydalıdır.
Havalar istiləşdiyi zaman üzümüzü, qol və ayaq bükülərimizi sərin su ilə yumaqla istirahət etmək mümkün olacaq: "Biz özümüzü sərinlədməliyik amma bunu xəstəliyə səbəb yaratmadan etməliyik”.