Altsheymer xəstəliyinə faydalı gələn məhsullar açıqlanıb. Bu barədə Foodinfo.az “Sabah” qəzetinə istinadən xəbər verir.
Ekspertlərin sözlərinə görə, yaddaşı qorumaq üçün ən çox istifadə olunan məhsulların tərkibində B və C vitaminləri, Omega-3 və antioksidantlar daxildir.
Qaragilə - C vitamini ilə zəngin olan bu məhsul yaşla birlikdə zəifləyən yaddaş üçün faydalıdır.
Yumurta – tərkibindəki kolin adlı maddə insan yaddaşı üçün olduqca zəruri hesab olunur.
Yaşıl çayın tərkibindəki flavonoidlər yaddaşı inkişaf etdirir.
Balıq – mütəxəssislər tərkibində Omega-3 olan bu məhsulun həftədə ən azı iki dəfə istifadəsini tövsiyə edir.
Leyla