Aptekdən alınan hematogen və ya askorbin turşusu kimi şirniyyatlar orqanizm üçün zərərli ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq və terapevt Natalya Lazurenko xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə məhsullarda kifayət qədər C vitamini və ya dəmir, həmçinin qida maddələri olmaya bilər. Tərkibində çoxlu şəkər (adi və ya fruktoza) olduğu üçün maddələr mübadiləsi ilə bağlı da problemlər yarada bilər.
Bu səbəbdən mütəxəssis aptek şirniyyatlarından imtina etməyi məsləhət görüb. Əlavə vitaminlər qəbul etmək lazımdırsa, həkimə müraciət etmək və daha uyğun vitamin kompleksləri seçmək tövsiyə olunur. Bundan əlavə, Lazurenkonun sözlərinə görə, meyvə, tərəvəz, qoz-fındıq kimi atışdırmalar daha faydalıdır.