Qidalanma onurğa sağlamlığı üçün çox vacibdir. Düzgün qidalanma onurğa sümüklərinin güclənməsinə, oynaqların və disklərin sağlam olmasına kömək edir.
Foodinfo.az xəbər verir ki, xüsusilə kalsium və D vitamini ilə zəngin qidalar, məsələn, süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və balıq sümükləri gücləndirir və osteoporozun qarşısını alır.
Omega-3 yağ turşuları (balıq və qoz) iltihabı azaldır və bel ağrısını yüngülləşdirir.
B, C və E vitaminləri isə sinir hüceyrələrini qoruyur.
Şəkər və işlənmiş qidaların həddindən artıq istehlakı isə iltihabı artıraraq onurğa problemlərinə yol aça bilər.
Yediklərimizin balanslı olması bel sağlamlığı üçün çox vacibdir.