İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb. Foodinfo.az bu barədə nazirliyə istinadən xəbər verir. Xatırladaq ki, yeni kommersiya qurumu indiyə qədər mövcud olan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC-nin bazasında yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev avqustun 17-də fərman imzalayıb. “Aqroservis”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12, nizamnamə kapitalı 411 976 466 manat, qanuni təmsilçisi isə Elmin Əlisa oğlu Rəhmanovdur.