Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxsə onlayn təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub.
Təlim iştirakçılarına dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili, qiymətləndirmənin aparılması qaydaları, qiymətləndirmə zamanı rəhbər vəzifəli şəxslərin üzərinə düşən öhdəliklər və bu məsələlərlə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılmasından ibarətdir