Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Lənkəran və Xaçmaz sınaq laboratoriyalarında işə dəvət edir. Xaçmaz Regional Sınaq Laboratoriyası üzrə entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, virusoloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis, nümunə qəbulu üzrə mütəxəssis, kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var. Lənkəran Regional Sınaq Laboratoriyasına isə bioloq və mikrobioloq tələb olunur.
Müvafiq ixtisasa sahib, Xaçmaz rayonu və Lənkəran şəhərində işləməyə razı olan, yaxud yaşayış yeri həmin ərazilərə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Foodinfo.az xəbər verir ki, işə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Xaçmaz” və ya “Lənkəran” yazaraq, [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil ediləndən sonar müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: +994 12 377 00 20 (daxili 530).
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı