AQTİ laboratoriyalarında analizə cəlb edilən 5 800 nümunədə uyğunsuzluqlar aşkarlanıb. Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara, ümumilikdə, 56 374 müraciət daxil olub və 1 810 342 nümunə müayinələrə cəlb edilib. Daxil olmuş nümunələrdə 1 894 340 müayinə aparılıb. Nümunələrdə aparılmış müayinələrin 5 800-da və ya 0.31 faizində uyğunsuzluqlar aşkarlanıb.