Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyindəki Bakı Regional Sınaq Laboratoriyasında qablaşdırılmış içməli və təbii mineral suyun təhlükəsizlik göstəricilərinin analizi mikrobioloji və toksikoloji müayinələr olmaqla, iki istiqamətdə həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, qdim edilən su nümunələrinin təhlükəsizlik göstəricilərinin sınaqları Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartların parametrlərinə uyğun aparılır. Belə ki, laboratoriyada bütün mikrobioloji və toksikoloji müayinələr beynalxalq ISO metodlarına uyğun olaraq həyata keçirilir. Eyni zamanda, ağır metalların təyini yüksək dəqiqliyə və həssaslığa malik cihaz vasitəsilə yoxlanılır. Laboratoriyada aparılan müayinələrin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə analitik standartlardan, standart referans və sertifikatlı referans materiallardan istifadə olunaraq sınaqların düzgünlüyü və dəqiqliyi təmin edilir.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyası ISO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarına dair ümumi tələblər” standartına uyğun qurulub. Eyni zamanda, laboratoriyanın mikrobioloji bölməsi ISO 7218:2007 və “European Accreditation for Microbiological Laboratory EA-04\10”nun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Hazırda sınaqlar ISO, AOAC, ASTM, NMKL, QOST kimi referans metodlarından istifadə edilərək həyata keçirilir. Həmçinin laboratoriya İngiltərənin nüfuzlu “LGC Standarts” şirkəti tərəfindən keçirilən beynalxalq səriştəlilik sınağında su nümunəsinin 5 mikrobioloji parametri üzrə uğurlu nəticələr əldə edib.
Son xəbərlər
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək