ABŞ-də ev üçün məhsullara, geyim və oyuncaqlara tələbat əhəmiyyətli dərəcədə azalıb. Bu qida qiymətlərindəki artımla əlaqəli olub.
Foodinfo.az “Reuters”ə istinadən xəbər verir ki, amerikalılar öz alış-veriş vərdişlərini dəyişməyə başlayıblar.
Qeyd olunur ki, əhali əvvəlki kimi pul xərcləməyə davam edir, lakin artıq daha seçici olublar.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, yanvar ayında ölkədə ərzaq məhsullarının qiyməti orta hesabla 11,3 faiz artıb. Bu göstərici demək olar ki, ümumi inflyasiya səviyyəsindən 5 faiz yüksək olub.
Nurlan