Fransada bir çoxları özlərinə qida ilə bağlı məhdudiyyətlər qoymalı olublar. Bəs buna səbəb nə olub?
Foodinfo.az bununla bağlı Vzqlyad.ru-nun məqaləsini təqdim edir:
Qeyd olunur ki, bütün bunlara səbəb ölkədə qeydə alınan bahalaşmadır. Üstəlik bahalaşmanın qarşıdakı aylarda da davam etməsi proqnozlaşdırılır.
Ölkədə fəaliyyət göstərən “Carrefour” mağazalar şəbəkəsinin rəhbəri Aleksandr Bomparın sözlərinə görə, istehsalçılar qiymətləri təqribən 20 faiz artırıblar.
Fransada ötən il insanlar 4,6 faiz daha az qida alıblar ki, bu da 1960-cı ildən bu yana ən aşağı göstərici olub.
Fərid