2022-ci ildə Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $912,4 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur. Foodinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Aqrar məhsulların payı $717,6 milyon (+6,7%), aqrar sənaye məhsullarının payı $194,8 milyon (+35,4%) təşkil edib. İxrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib. 2022-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2 milyard 991,99 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 10.3% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.