2020-сi ilin yanvar-fevral aylarında Azərbaycan 21 543,6 min ABŞ dolları dəyərində 98 153,53 ton buğda idxal edib ki, bu da dəyər baxımından ötən ilin eyni ayları ilə müqayisədə 2,6 dəfə azdır. Foodinfo.az-ın  Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, miqdar baxımından isə bu ilin yanvar-fevral aylarında buğda idxalı 2019-cu ilin analoji ayları ilə müqayisədə 2,5 dəfə azalıb. Cari ilin ilk iki ayında buğdanın bir tonunun idxalı 219,5 manat orta qiymətlə həyata keçirilib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 2,3 manat azdır.