Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Hüquqşünaslıq ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Foodinfo.az xəbər verir ki, qeyd edilən ixtisas üzrə təhsil almış namizədlər 2022-ci il 15 aprel tarixinədək ixtisasın və çalışmaq istədikləri regionun adını mövzu yerində qeyd etməklə anketlərini [email protected] ünvanına göndərə bilərlər. Həmçinin maraqlanan şəxslər vakant yerlərlə bağlı  (012) 565 12 82 (157) əlaqə nömrəsinə müraciət edə bilərlər.