
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
92 yeni yoluxma faktı qeydə alınıb,
81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Foodinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
36 836 nəfər müalicə olunaraq sağalıb,
576 nəfər vəfat edib, aktiv xəstə sayı
1 868 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
3 011, bu günə qədər isə ümumilikdə
1 057 803 test icra olunub.