Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara
28 mlrd
054,9 milyon manatlıq, o cümlədən
15 mlrd
121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
12 mlrd
933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Foodinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
1,6%, o cümlədən qeyri-ərzaq malları üzrə
6,3% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə
3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə
2,4 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir,
milyon manatla |
2019-cu ilin yanvar - sentyabr
aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
28 054,9 |
98,4 |
o cümlədən: |
ərzaq məhsulları |
13 690,5 |
103,4 |
içkilər və tütün məmulatları |
1 430,9 |
100,2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
4 400,6 |
85,8 |
elektrik malları və mebellər |
1 592,3 |
92,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
225,5 |
99,8 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
498,2 |
137,4 |
avtomobil benzini və dizel yanacağı |
1 502,2 |
99,1 |
digər qeyri-ərzaq malları |
4 714,7 |
97,0 |
2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin
48,8%-i ərzaq məhsullarının,
5,1%-i içkilər və tütün məmulatlarının,
15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların,
5,7%-i elektrik malları və mebellərin,
5,3%-i avtomobil benzini və dizel yanacağının,
1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların,
0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində
23%-i ticarət müəssisələri,
51,9%-i fərdi sahibkarlar tərəfindən,
25,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə
8%, fərdi sahibkarlar üzrə
2,9% artmış, bazar və yarmarkalarda isə
16% azalıb.
2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi
312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə
2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
144,1 manatlıq qeyri-ərzaq malları alıb.