2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 91 milyon 50 min dollar dəyərində 75 min 772 ton pomidor ixrac edilib. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir. 2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 86 milyon 999 min dollar dəyərində 76 min 38 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5%, miqdar ifadəsilə 0.3% azalıb. 2022-ci ilin may ayında Azərbaycandan 32 milyon 833 min dollar dəyərində 27 min 704 ton pomidor ixrac edilmişdi.