B12 vitamini (kobalamin) çatışmazlığı insanı beyinin sağlamlığı ilə bağlı müxtəlif problemlərlə, məsələn, əqli yorğunluq, diqqətsizlik, yaddaşın itirilməsi ilə üzləşdirir. Beyinin sağlamlığını qorumaq üçün bu maddə ilə zəngin məhsullarla qidalanmaq lazımdır.
Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, B12 vitamini öz qrupunun mühüm nümayəndəsidir. O, orqanizmin bir çox funksiyalarına, o cümlədən maddələr mübadiləsinə, qan dövranına, DNT sintezinə təsir göstərir. Bu vitamin beyinin inkişafında da həlledici rol oynayır. Yüksək səviyyədə B12 vitamini beyinin funksiyalarını yaxşılaşdırır, yaddaşı gücləndirir. Yetərincə B12 vitamini qəbul etmək koqnitiv pozuntular riskini, məsələn, Altsheymer xəstəliyi riskini azaldır.
Lakin orqanizm B12 vitaminini müstəqil hasil edə bilmir. Odur ki, rasionda B12 vitamini ilə zəngin məhsullar olmalıdır. "Food.News" yazır ki, aşağıdakı məhsullarla qidalanmaq beyinin sağlamlığını qoruyur.
B12 vitamini ilə zəngin məhsulların siyahısına bu məhsullar daxildir:
subməhsullar(xüsusən qaraciyər, böyrək);
yüksəkkeyfiyyətli zülalla və beyinin struktur dəstəyini təmin edən omeqa-3 yağ turşusu tipi - DHA turşusu ilə zəngin sardina balığı;
yavan mal əti (gündə 150 qram yetərlidir);
kəpəkli dənli bitkilər - buğda, yulaf, darı;
beyinin sağlamlığı üçün dəyərli bəsləyici maddələr – zülal, fosfor və selenlə zəngin tuna balığı;
tərkibi selen mikroelementi ilə zəngin qida mayası;
təbii yoqurt, kəsmik və süd;
beyinin yaddaşla bağlı funksiyalarını yaxşılaşdıran D vitamini ilə zəngin yumurta.