Bağırsaqlardakı bakteriyalar, yəni bağırsaq mikrobiotası insan sağlamlığında mühüm rol oynayan trilyonlarla mikroorqanizmdən ibarətdir. 

Foodinfo.az bildirir ki, bu bakteriyalar həzm prosesinə kömək edir, vitaminlər (B12, K) istehsal edir, immun sistemini dəstəkləyir və iltihab əleyhinə təsir göstərirlər. 

Bağırsaq bakteriyalarının balansı pozularsa, qəbizlik, ishal, immun zəifliyi, piylənmə, şəkərli diabet və hətta psixi sağlamlıq problemləri yarana bilər. Bağırsaq mikrobiotasını qorumaq üçün probiyotiklər (qatıq, kefir) və prebiyotiklərlə (lifli qidalar) zəngin qidalanmaq, stressi idarə etmək və antibiotiklərdən ehtiyatla istifadə etmək vacibdir.