Bakıda qadın spirtdən zəhərlənərək ölüb. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Yasamal rayonunda baş verib. Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, ev 34/1 ünvanında yaşayan 1964-cü il təvəllüdlü İvleva Yelena Vladimirovna evdə metil spirti (tibbi spirt) içərək zəhərlənib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır.