Bu ilin yanvar-oktyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,6 faiz artaraq 19306,6 mln. manat olub. Foodinfo.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq (təqribən 5 faiz) 10 030,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,4 faiz artaraq 9 276,5 mln. manata bərabər olub. “İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”, - məlumatda qeyd olunur.