Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb.
Foodinfo.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.