"Bildiyimiz kimi, bazarlarda meyvə-tərəvəzin qiymətləri od tutub yanır. Xüsusilə meyvələrin qiymətinin baha olması hər kəsi narahat edir”. Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, yerlərdə, rayonlarda qiymətlər aşağıdır: "Mən araşdırdım, kəndlərdə qiymətlə elə də baha deyil. Burada problem məhz məhsulun bölgələrdən Bakıya gətirilməsi zamanı daşınma şirkətlərinin qiymətlərinin qaldırılmasıdır. Təklif edirəm ki, “Kənddən şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu meyvələri rahatlıqla əldə etsin". Millət vəkili həmçinin qeyd edib ki, hələ də vəkillər və məhbusların yaxınları onlarla cəzaçəkmə müəssisələrinə görüşə gedəndə test verməli olur. Deputat bunun ləğv olunmasını təklif edib.