Bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma və heç bir səpkinin, yaranın olmaması qaraciyər və ya böyrək problemlərindən xəbər verə bilər. Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, terapevt Aleksey Xuxrev dəri qaşınmalarının gizli, altda yatan səbəblərindən danışıb. “Dəridə qaşınma, yandırıcı hiss ifrazat sisteminin problemi olduğunu göstərir. Bu da böyrək, sidik sistemi və təmizləyici orqan qaraciyərdir. Qaraciyər çatışmazlığı olduqda filtr prosesi işləmir, qana toksiki maddələr keçir. Qanda arzuolunmaz maddələr artanda birinci reaksiyanı dəri göstərir. Nəticədə qaşınma başlayır. “Qaraciyər orqanizmin əsas fabrikidir. O pis işlədikdə, qalıqlar, toksinlər qanda toplaşır. Digər səbəb vegetativ sinir sisteminin pozulmasıdır, el dilində buna nevroz deyilir. Daha çox yaşlı insanlarda rast gəlinsə də, orta yaşlarda da olur. Əgər qaşınma nəzarətə alınmazsa, dırnaqlar dərinin tamlığını pozub neyrodermitə səbəb ola bilir. Qıcıqlanmış dəridə infeksiya və ayrıca dəri xəstəlikləri yaranır. Bu isə xəstəyə əlavə problemdir.