30 yaşdan sonra müntəzəm olaraq qadınlarda bel dairəsinin 90 sm-dan çox olması təhlükəli xəstəliklərə səbəb ola bilər.
Foodinfo.az Bakupost-a istinadla xəbər verir ki, bu barədə dietoloq Natalya Denisova xəbərdarlıq edib.
Qadınlar üçün 60-80 sm bel çevrəsi sağlamlıq üçün ən optimal ölçüdür.
90 sm-i keçən qadınlar sağlamlıqlarına diqqəti artırmalı, müayinələrdən keçməlidir.
“Bel çevrəsi daha çox 30 yaşdan sonra nəzarətdən çıxır. 50 yaşdan sonra o ən yüksək rəqəmə çatır. 30-55 yaş arasında qadınlarda bel çevrəsi 90 və yuxarıdırsa, hətta 110-120 sm olur, bu artıq hormonal pozuntu, diabet, xərçəng xəstəliyinə xeyli yaxınlaşmaq deməkdir.
Eləcə də beli 90 sm-dən yuxarı olan qadınlarda ürək xəstəlikləri riski də yüksəlir.
Ona görə də bel çevrəsi bu ölçünü keçən kimi endokrinoloq və dietoloqa müraciət etmək, hormonal, insulin dirənçi, şəkər və xolesterin analizi verilməlidir.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi