Belarusda “qreçka” kimi tanıdığımız qarabaşağın ölkədən çıxarılmasını qadağan edib. Foodinfo.az bizimyol.info-ya istinadən xəbər verir ki, Belarusda koronavirusun tüğyan etdiyi günlərdə qarabaşağı strateji məhsul sayırlar. Buna görə ölkədən çıxarılması yasaqlanıb. Bundan başqa, Belarusdan sarımsaq və soğan da ixrac edilə bilməz. Qadağa üç ay davam edəcək.
Bir neçə gün əvvəl keçmiş SSRİ ölkəsinin prezidenti Aleksandr Lukaşenko çıxışında bu haqda danışmışdı: “Qarabaşaq olmayacaq, buğda sıyığı yeyəcəyik. Bu gün sıyıq yemisiniz? Mən məhz buğda sıyığı yemişəm”.
Qeyd edək ki, Belarusda indiyə qədər 163 virus daşıyıcısı qeydə alınıb, 2 nəfər həyatını itirib.