Beyin sağlamlığını qoruyan məhsullar açıqlanıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 
Məsələn tərkibində olduqca çox antioksindant olan qaragilə beynin daha uzun müddət sağlam qalmasını təmin edir. Omega-3 beynin funksiyaları baxımından xüsusi vacib elementdir. Bu elementə bir çox balıq məhsullarında rast gəllmək olar.

B vitamini ət, balıq, quru paxlakimilər və yaşıl yarpaqlı tərəvəzlərdə mövcuddur. Bu vitamin həmçinin sinirlərimizin sağalmasına da fayda verir.
Kivi antioksindant baxımından olduqca zəngindir. Beynin gücünü və yaddaşı artırır. 


Yumurta – tərkibində beynin yaddaş hissəsi üçün lazım olan A, D, B12 və B qrupu vitaminləri vardır. 
Soğan – tərkibində antioksidantlar olan soğan probiotik xüsusiyyəti ilə immuniteti də gücləndirir. 


Su – beyində suyun olmaması kortizol deyilən bir hormonun ifrazına səbəb olur. Sözügedən hormonun nisbətinin artması isə beynin yaddaş funksiyasını pozur.

Nurlan