Kredit borcunun ödənilməsi barədə iddia qaldırılıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC “Friqo Market” LTD və şirkətin qanuni təmsilçisi Rahib Məmmədovu məhkəməyə verib.
Foodinfo.az xəbər verir ki, Səbail rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun ödənilməsi barədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.
Market məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.