Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "NES Group” MMC-nin İtaliyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.