Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Yalama və Qaraçı kəndlərində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və Qəhvəyi mərmər bağacığının biologiyası, ona qarşı mümkün mübarizə üsulları haqqında çap materialları paylanılıb.