Goranboyda üç nəfər çiyələkdən zəhərlənib.
Foodinfo.az xəbər verir ki, rayon sakinləri - 1959-cu il təvəllüdlü Pakizə İsmayılova, 1991-ci il təvəllüdlü Arzu İsmayılova və 2016-cı il təvəllüdlü Pakizə İsmayılova zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıblar.
Həmin şəxslərin çiyələkdən zəhərləndiyi məlum olub.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilib.