Qaxda bir ailənin 5 üzvü zəhərlənib. Foodinfo.az-ın məlumatına görə, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, zəhərlənən Günay Mahmudova Şəki-Zaqatala regional təhsil idarəsinin müdir müavinidir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər: "5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək".