“Qara dəniz taxıl təşəbbüsü Türkiyə və BMT-nin dəstəyi ilə Ukrayna və Rusiyanın qlobal qida təhlükəsizliyini irəlilətmək ehtimalını ortaya qoydu”.
Foodinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antoniu Quterreş deyib.
“İlk gündən söylədiyim kimi Rusiyanın Ukraynaya hücumu çoxtərəfli sistemimizin təməl daşlarını və dəyərlərini sınayır”, - deyə BMT baş katibi bildirib.
Onun sözlərinə görə, müəyyən çətinliklər olmasına baxmayaraq, Ukraynadan edilən taxıl və digər qida məhsullarının ixracı dəyişikliklərə səbəb olur.