BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriya ilə bağlı çağırış edib. Foodinfo.az xəbər verir ki, xüsusi nümayəndə Suriyaya humanitar yardımların siyasiləşdirilməsinin əleyhinə çıxış edib. 


O, qeyd edib ki, göndərilən yardım bütün suriyalılara çatdırılmalıdır. 


Xatırladaq ki, Suriyada baş vermiş dəhşətli zəlzələ bir çox bölgələrdə humanitar problemlərlə müşahidə olunub. Uzun illərdir müharibədən əziyyət çəkən ölkə əhalisi zəlzələ nəticəsində ciddi qida çatışmazlığı ilə üzləşib.

Nurlan