"Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir. Havanın temperaturu normadan 2-4,5° yüksək olub".
Foodinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gün ərzində sabit hava şəraiti davam edəcək:
"Lakin cənub-qərb küləyi arabir güclənəcək, aprelin 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək. Bölgələrdə aprelin 20-si gündüzdən 22-dək hava arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək".
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu