Qarğıdalı saçağından hazırlanan çay içmisiniz? İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da orqanizmimizə inanılmaz köməyi var.
Sizə müxtəlif infeksiya və xəstəliklərə qarşı immunitet qazanmağa təsir edən qarğıdalı saçağı çayının hazırlanma qaydasını göstəririk.
Faydaları:
Müxtəlif xəstəliklərlə savaşan bu çayın sidikqovucu xüsusiyyəti var. Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını yüksək şəkildə alır.
Kişilərdə rast gəlinən prostat vəzi problemlərini aradan qaldırır.
Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.
Yüksək təzyiqi aşağı salır və qan təzyiqini normallaşdırır.
Diabet xəstəliyinə də faydalı olan qarğıdalı saçağı çayı xronik yorğunluğu olan şəxslərdə qüvvətlənməyə kömək edir.
Hazırlanması:
Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır. (Ailem.az)
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti