Sıyıqlar düzgün hazırlandıqda orqanizm üçün olduqca faydalı qida mənbəyinə çevrilə bilər və hətta damarların sağlamlığını qorumağa kömək edir. Xüsusilə yulaf, darı və qarabaşaq sıyıqları ürək-damar sistemi üçün vacib mikroelementlərlə zəngindir və gündəlik rasionda mühüm yer tutur.

Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, kardioloq bildirir ki, düzgün bişirilmiş sıyıq xolesterin yığıntılarının azalmasına kömək edə bilər və damarların təmizlənməsinə dəstək verir. Mütəxəssis qeyd edir ki, sıyıqları yağsız və mümkün qədər təbii formada istehlak etmək daha faydalıdır, çünki bu halda onların sağlamlıq təsiri daha güclü olur.

Həkimin sözlərinə görə, sıyığa duz əlavə etmək tövsiyə olunmur. Çünki dənli bitkilərin tərkibində artıq müəyyən miqdarda natrium və xlor mövcuddur və əlavə duz istifadə edildikdə bu, orqanizmdə maye yığılmasına, eləcə də yüksək qan təzyiqi riskinin artmasına səbəb ola bilər. Dadı artırmaq üçün isə təbii ədviyyatlardan istifadə etmək və kərə yağı əvəzinə az miqdarda bitki yağı əlavə etmək daha məqsədəuyğun hesab olunur.