Qırmızı ət zülal, dəmir, sink və B vitaminləri ilə zəngin bir qida mənbəyidir.
Foodinfo.az xəbər verir ki, mal əti, qoyun əti və donuz əti kimi qırmızı ət növləri bədənin enerji ehtiyacını qarşılamaqla yanaşı, əzələ kütləsinin qorunmasına da kömək edir.
Tərkibindəki yüksək dəmir səviyyəsi qan dövranını dəstəkləyir, hüceyrələrin oksigenlə təmin edilməsini təmin edir. Bu xüsusiyyətləri ilə qırmızı ət, xüsusilə uşaqlar və hamilə qadınlar üçün faydalıdır.
Lakin qırmızı ətin həddindən artıq istehlakı sağlamlıq problemlərinə yol aça bilər.
Xüsusilə, doymuş yağ tərkibinin yüksək olması ürək-damar xəstəlikləri riskini artırır. Buna görə də, qırmızı ət balanslı şəkildə və qədərində istehlak edilməli, daha çox bitki mənşəli qidalarla tamamlanmalıdır.