Tibb elmləri namizədi, dietoloq Natalya Denisova xəbərdarlıq edir ki, bəzi göbələklər bişirildikdə aktiv şəkildə zəhərlər buraxır. Foodinfo.az xəbər verir ki, çox yetişmiş göbələklər bura daxildir. Onların tərkibindəki zülal xarab olur və çətin həzm olunur. Bundan əlavə, onların tərkibində kif və birhüceyrəli parazit amöbalar ola bilər.

Yol qırağından yığılmış heç bir göbələkdən şorba bişirmək olmaz. Çünki bu göbələklər toksinlər, ağır metallar və zəhərli kimyəvi maddələr mənbəyinə çevrilirlər.