
Azərbaycan Respublikasında koronavirus infeksiyasına
230 yeni yoluxma faktı qeydə alınıb, daha
122 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
41 min 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
39 min 357 nəfər müalicə olunaraq sağalıb,
609 nəfər vəfat edib. Aktiv xəstə sayı
2 016 nəfərdir.