Bütün dünyada şəkər tozu və portağalda bahalaşma qeydə alınıb. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, şəkərin qiymətinin artmasına səbəb Braziliyada benzinin bahalaşması olub.


Yerli sakinlər məhz bu səbəbdən bioyanacağa keçməli olublar. Həmçinin Braziliya valyutasının dollara nisbətdə möhkəmlənməsi də şəkərin qiymətinin artmasına gətirib çıxarır. Qeyd olunur ki, hətta Taylandda biçin dövrünün olması da bu gedişata təsir göstərə bilməyəcək.
Portağal isə artıq 2022-nin sonlarına yaxın 1,5 dəfə bahalaşıb. Buna səbəb isə pis hava şəraiti və Floridadakı ağaclarla xəstəliyin peyda olması göstərilib.

Nurlan