Avropada qrip sürətlə yayılmağa davam edir. Foodinfo.az xarici mediaya istinadən xəbər verir ki, Avropa ölkələrində qrip hallarının koronavirusa yoluxan şəxslərin sayına çatdığı bildirilir. Qripə yoluxma artdığından Belçikada rəsmi olaraq qrip epidemiyası elan olunub. Belçikadan əvvəl isə Almaniya və Slovakiyada da qrip epidemiyası elan edilib. Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri yaranmış vəziyyəti müzakirə etmək üçün Brüsseldə görüş keçirib. Bildirilir ki, qripə yoluxma hallarında artım olduğundan bir neçə ölkədə xəstəxanaların iş yükü artıb. Bu səbəbdən də, bir çox xəstəxanalarda təcili olmayan müayinələr başqa zamana təxirə salınıb.