Harvard Universiteti tərəfindən 32 il davam edən araşdırma nəticəsində quru meyvələrin infarkt riskini 25 faiz azaltdığı məlum olub. Həkim mütəxəssislər quru meyvələrdəki faydalı yağların ürək-damar yollarını açdığı üçün həftədə iki dəfə fındıq, qoz, badam, Brazilya fıstığı (kaju) yeməyi məsləhət görür. Quru meyvələrin faydaları saymaqla bitmir. Tərkibi "Omega 3" ilə zəngin olan fındıq və badam ürək-damar dostu kimi tanınaraq qan laxtalanmasının və damar sərtliyinin qarşısını alır. Fındıqda isə "Omega 3" ilə yanaşı B5, B9 vitaminləri var. Qoz isə, immunitet sisteminin möhkəmləndirir, damar sərtliyinin qarşısını alır. Brazilya fıstığı (kaju) kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır, əsəb və ürək əzələlərinin sağlam işləməsini təmin edir. Orqanizmi xəstəliklərdən qoruyan, şəkər xəstəliyinin inkişafını əngəlləyən və antioksidant adlandırılan kaju D vitamini baxımından zəngindir. Həmçinin, qidanın tərkibində xolestrinin düşməsini təmin edən B3 vitamini var. Sağlamlığınızı qorumaq üçün bu təbii vasitələrdən yeyin. (Metbuat.az)