Bakıda orta yaşlı kişi spirtdən zəhərlənib. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan 1989-cu il təvəllüdlü Xələfov Asif Aydın oğlu yaşadığı evdə spirtdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib və orada ölüb.
İlkin araşdırma zamanı məlum olub ki, A.Xələfov spirtli içki aludəçisi olub. Araşdırmalar zamanı onun etil spirti içərək zəhərləndiyi məlum olub. Meyit müayinə olunarkən onun qan analizlərindən "metanol" adlı zəhərli maddə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.